ABŞ və Körfəz ölkələri İrana qarşı birləşdi
ABŞ Dövlət Departamenti ABŞ və Körfəz Əməkdaşlıq Şurasına (KƏŞ) üzv ölkələrin nazirlərinin görüşünün Bəhreynin paytaxtı Manamada keçirildiyini açıqlayıb.
Crossmedia.az bu barədə xarici mediaya istinadən xəbər verir.
Görüşə ABŞ dövlət katibi Marko Rubio və Bəhreynin xarici işlər naziri Əbdüllətif bin Rəşid Əl-Zəyani həmsədrlik ediblər.
Tərəflər görüşdən sonra yaydıqları birgə bəyanatda bildiriblər ki, İranın yaratdığı təhdidlər aradan qaldırılmadan Yaxın Şərqdə davamlı sülh və sabitliyə nail olmaq mümkün deyil.
İran Xarici İşlər Nazirliyi ABŞ dövlət katibi Marko Rubio və Körfəz Əməkdaşlıq Şurasına (KƏŞ) üzv ölkələrin xarici işlər nazirlərinin birgə bəyanatını müdaxiləçi, məsuliyyətsiz və təxribatçı adlandırıb.
Nazirlik ABŞ-nin KƏŞ ölkələrinin təhlükəsizliyinə sadiqliyi ilə bağlı açıqlamalarını ritorika və reallığın təhrif edilməsi kimi qiymətləndirib və Vaşinqtonun regiondakı hərbi mövcudluğunu təhlükəsizlik deyil, qarşıdurma və parçalanma mənbəyi adlandırıb.
Bəyanatda qeyd olunub ki, ABŞ-nin İrana qarşı əməliyyatlar üçün region ölkələrindəki hərbi bazalardan istifadə etməsi Vaşinqtonun həmin ölkələrin təhlükəsizliyinə və qarşılıqlı münasibətlərinə əhəmiyyət vermədiyini göstərir.
00:21 27.06.2026
Oxunuş sayı: 50