Amerikada yeni dövr başladı — din geri döndü
ABŞ lideri Donald Tramp ABŞ-da dinin rolunun yenidən gücləndiyini bildirib.
Crossmedia.az bu barədə xarici mediaya istinadən xəbər verir.
O, çıxışı zamanı belə deyib:
“Din ölkəmizə geri qayıtdı və uzun illərdir olmadığı qədər daha böyük və daha güclü hala gəldi.”
Trampın bu sözləri ölkədə dini dəyərlərin artması və ictimai həyatdakı rolunun yenidən yüksəlməsi ilə bağlı müzakirələri də gündəmə gətirib.
23:56 26.06.2026
Oxunuş sayı: 54