Parisdə içki satışına sərt məhdudiyyət qoyuldu
Parisdə yaxın günlərdə gözlənilən ekstremal istilər fonunda təhlükəsizlik risklərini azaltmaq məqsədilə alkoqollu içkilərin satışı və istehlakına məhdudiyyət tətbiq edilib.
Crossmedia.az bu barədə xarici mediaya istinadən xəbər verir.
Qərarın isti hava şəraitində baş verə biləcək qəza və sağlamlıq problemlərinin qarşısını almağa yönəldiyi bildirilir.
Eyni zamanda sosial şəbəkələrdə maraqlı görüntülər yayılıb. İstifadəçilər günəşin güclü təsirini göstərmək üçün pəncərə kənarına qoyulan tavada yumurta və bekon bişirdikləri videolar paylaşırlar.
23:53 26.06.2026
Oxunuş sayı: 54