Ermənistanın MDB-dən çıxmaq niyyəti yoxdur - Sergey Lebedev bəyan etdi
Ermənistanın Müstəqil Dövlətlər Birliyi-ndən (MDB) çıxması məsələsi gündəmdə deyil.
Crossmedia.az bu barədə xarici mediaya istinadən xəbər verir ki, bunu MDB-nin baş katibi Sergey Lebedev bəyan edib.
O bildirib ki, bu gün Moskvada Ermənistanın təşkilatdakı səlahiyyətli nümayəndəsi İqtisadi Şuranın iclasında iştirak edib və iclas çərçivəsində bir sıra sənədləri imzalayıb.
Lebedevin sözlərinə görə, bu fakt Ermənistanın hazırda MDB-dən çıxmaq niyyətində olmadığını göstərir.
23:43 26.06.2026
Oxunuş sayı: 50