Tramp Avropanı 100% rüsumla hədələdi
ABŞ prezidenti Donald Tramp Avropanın bir sıra ölkələrində ABŞ texnologiya şirkətlərinə qarşı rəqəmsal xidmət vergisinin tətbiqinin müzakirə olunduğunu bildirib.
Crossmedia.az bu barədə xarici mediaya istinadən xəbər verir.
Trampın sözlərinə görə, bəzi Avropa dövlətləri bu vergini tətbiq etməyə yaxındır. O isə xəbərdarlıq edərək qeyd edib ki, əgər hər hansı ölkə belə bir addım atarsa, ABŞ həmin ölkədən idxal olunan bütün mallara dərhal 100 faizlik gömrük rüsumu tətbiq edəcək.
Tramp bu açıqlamanı Avropa ölkələrinə rəsmi xəbərdarlıq kimi qiymətləndirib.
21:48 26.06.2026
Oxunuş sayı: 55