Öldürüləcəyimi deyirdilər – erməni məşqçidən Bakı səfəri barədə şok açıqlama
Rusiya UFC döyüşçüsü Şara Bullettin məşqçisi Qor Azizyan Bakıya səfəri ilə bağlı açıqlama verib.
Crossmedia.az bu barədə xarici mediaya istinadən xəbər verir.
O bildirib ki, turnirdən əvvəl ona Azərbaycana getməməsi ilə bağlı xəbərdarlıqlar edilib və təhlükə ehtimalları barədə danışılıb. Lakin məşqçinin sözlərinə görə, bütün bu narahatlıqlar özünü doğrultmayıb.
“Bəziləri mənə burada öldürüləcəyimi və ya həbs ediləcəyimi deyirdi. Amma mən özümə güvənirəm. Mən məşqçiyəm. İdman siyasətdən kənardır… Mən sülh tərəfdarıyam,” – deyə o qeyd edib.
Qor Azizyan həmçinin bildirib ki, Bakıda yüksək səviyyədə qarşılanıb və heç bir problem yaşamayıb. Onun sözlərinə görə, hətta hava limanında növbə gözləməsinə ehtiyac olmayıb və otelə xüsusi avtomobillə aparılıb.
“Haraya getsəm, mənə hörmət göstərilir. Hörmət qazanmaq lazımdır,” – deyə məşqçi əlavə edib.
20:15 26.06.2026
Oxunuş sayı: 62