Trampdan iddialı açıqlama: Reytinqim 65 faizi keçib
ABŞ Prezidenti Donald Tramp bildirib ki, onun fəaliyyətinə dəstək reytinqi 65 faizə çatıb.
Crossmedia.az bu barədə xarici mediaya istinadən xəbər verir.
Tramp sosial şəbəkədə paylaşdığı açıqlamada bəzi sorğuların onun təsdiq reytinqinin 65 faiz və hətta daha yüksək olduğunu göstərdiyini iddia edib.
“Digər sorğular göstərir ki, mənim təsdiq reytinqim 65 faiz və hətta daha yüksəkdir. Jurnalistlər kimi, dürüst sosioloqlara da çox nadir hallarda rast gəlinir və onları tapmaq çətindir”, – deyə Tramp qeyd edib.
ABŞ lideri eyni zamanda bəzi sorğu şirkətlərinin nəticələrinin etibarlılığına da şübhə ilə yanaşdığını vurğulayıb.
19:55 26.06.2026
Oxunuş sayı: 43