Yanacaq böhranı: Qazaxıstanın gözü Azərbaycandadır
Qazaxıstan Azərbaycandan aviasiya yanacağı almağı nəzərdən keçirir
Crossmedia.az xarici mediaya istinadən xəbər verir ki, Rusiyada yaranan yanacaq böhranı fonunda Qazaxıstan aviasiya kerosininin Azərbaycandan idxalı imkanlarını araşdırır.
Qazaxıstanın energetika naziri Yerlan Akkenjenov bildirib ki, bununla yanaşı, aviasiya yanacağının Çin və Türkmənistandan alınması variantları da nəzərdən keçirilir.
17:05 26.06.2026
Oxunuş sayı: 53