Lukaşenko: Belarus müharibəyə cəlb olunsa, müharibənin xarakteri dərhal dəyişəcək
Belarus Prezidenti Aleksandr Lukaşenko bildirib ki, ölkəsinin müharibəyə cəlb edilməsi vəziyyətin xarakterini dərhal dəyişəcək.
Crossmedia.az xəbər verir ki, bu barədə xarici KİV məlumat yayıb.
Onun sözlərinə görə, bu barədə Ukrayna Prezidenti Volodimir Zelenskinin nümayəndələrinə xəbərdarlıq edib.
“Uşaqlar, prezidentinizə çatdırın: əgər o, bizimlə bu cür danışmağın və bizi də müharibəyə cəlb etməyin mümkün olduğunu düşünürsə, anlamalıdır ki, bu halda müharibənin xarakteri dərhal dəyişəcək”, – Lukaşenko bildirib.
Lukaşenkonun sözlərinə görə, Zelenski buna cavab olaraq Ukraynanın bunu başa düşdüyünü bildirib.
11:37 26.06.2026
Oxunuş sayı: 48