Litva prezidenti Polşanın baş nazirinin adını deməkdə çətinlik çəkib
Litva Prezidenti Qitanas Nauseda çıxışı zamanı Polşanın Baş naziri Donald Tuskun adını səhvən fərqli şəkildə səsləndirib.
Crossmedia.az xarici KİV-ə istinadən xəbər verir ki, Nauseda təşəkkür nitqi zamanı əvvəlcə "Baş nazir Donald Da..." ifadəsini işlədib, sonra isə səhvini düzəldərək "Tusk" deyib.
"Baş nazir Donald Tuska səmimi təşəkkürümü bildirirəm", – deyə o çıxışında bildirib.
09:40 26.06.2026
Oxunuş sayı: 58