Pentaqon İran əməliyyatı üçün Konqresdən əlavə 80 milyard dollar istəyir
ABŞ Müdafiə Nazirliyi (Pentaqon) İranla bağlı mümkün hərbi əməliyyatların və digər öhdəliklərin maliyyələşdirilməsi üçün Konqresdən əlavə 80 milyard dollar vəsait tələb etməyə hazırlaşır.
Crossmedia.az xəbər verir ki, bu barədə “The Wall Street Journal” qəzeti məlumat yayıb.
Məlumata görə, ABŞ-nin müharibə nazirinin müavini Stiven Faynberq bu həftə Konqres üzvləri ilə telefon danışıqları zamanı əlavə maliyyələşməyə ehtiyac olduğunu bildirib.
Qəzetin yazdığına görə, tələb olunan vəsaitin bir hissəsi İranla bağlı hərbi əməliyyatların xərclərinin qarşılanmasına, digər hissəsi isə hərbi fəaliyyətlə birbaşa əlaqəli olmayan müdafiə öhdəliklərinin maliyyələşdirilməsinə yönəldiləcək.
16:52 19.06.2026
Oxunuş sayı: 45