Ukrayna və ABŞ cəbhə xətti üzrə atəşkəs ssenarisini müzakirə edir
Ukrayna və ABŞ hazırda cəbhə xətti boyunca atəşkəsin mümkün variantlarını müzakirə edirlər.
Crossmedia.az xəbər verir ki, bu barədə The Ekonomist nəşri məlumat yayıb.
Bildirilib ki, Kiyev və Vaşinqton arasında təmaslar gündəlik formatda davam edir. Eyni zamanda Rusiya ilə qeyri-rəsmi danışıqların da yenidən başladığı qeyd olunur.
Müzakirə olunan əsas təkliflərdən biri atəşkəsin mərhələli şəkildə həyata keçirilməsidir. Plana əsasən, ilk mərhələdə cəbhə xəttinin hər iki tərəfində 50–70 kilometr enində zonada hərbi əməliyyatlar məhdudlaşdırıla bilər, daha sonra isə daha geniş sülh razılaşmasına keçid nəzərdə tutulur.
12:32 19.06.2026
Oxunuş sayı: 43