Ukrayna PUA-ları Zaporojye AES-ə zərbələr endirib
Ukrayna pilotsuz uçuş aparatları yenidən Zaporojye Atom Elektrik Stansiyasına hücum edib.
Crossmedia.az xəbər verir ki, bu barədə xarici KİV məlumat yayıb.
Məlumata görə, zərbələr nəticəsində stansiyanın nəqliyyat sexinə aid boksların birində yanğın baş verib.
Bildirilib ki, ümumilikdə 14 pilotsuz uçuş aparatının zərbəsi qeydə alınıb. Hücum nəticəsində bokslardan birinin binası və təmir zonası ciddi zədələnib.
Hadisə ilə bağlı əlavə araşdırmalar aparılır. Xəsarət alanlar və radiasiya vəziyyəti barədə isə hələlik rəsmi məlumat açıqlanmayıb.
13:32 19.06.2026
Oxunuş sayı: 42