Makron: Tramp əvvəllər Ukraynanın məğlub olacağını düşünürdü
Fransa Prezidenti Emmanuel Makron bildirib ki, amerikalı həmkarı Donald Tramp əvvəllər Ukraynanın müharibədə məğlub olacağı qənaətində olub.
Crossmedia.az xəbər verir ki, bu barədə xarici KİV məlumat yayıb.
Makronun sözlərinə görə, Trampın ilkin yanaşması Ukraynanın tez bir zamanda məğlub ola biləcəyi və buna görə də münaqişənin qısa müddətdə sülh yolu ilə həll edilməsinin vacib olduğu fikrinə əsaslanırdı.
Makron əlavə edib ki, Tramp sonradan vəziyyətə dair fikrini dəyişib və Ukrayna barədə yayılan “qışa qədər tab gətirməyəcək” kimi proqnozların yanlış olduğunu anlayıb.
O həmçinin qeyd edib ki, Tramp Ukrayna xalqını mübariz və yaradıcı hesab edir və onlara hörmətlə yanaşır.
12:29 19.06.2026
Oxunuş sayı: 41