Zvartnots hava limanında Ermənistanın sabiq prezidenti Köçəryanın ölkədən çıxışına icazə verilmədi
Ermənistanın sabiq prezidenti Robert Köçəryan Ermənistanın Zvartnots beynəlxalq hava limanında ölkəni tərk etməyə cəhd edərkən hüquq-mühafizə orqanları tərəfindən saxlanılıb.
Crossmedia.az xarici mediaya istinadən xəbər verir ki, keçmiş prezidentin Ermənistan ərazisini tərk etməsinə icazə verilməyib və onun səfərinin qarşısı alınıb.
Köçəryanın oğlu bildirib ki, o, şəxsi işləri ilə əlaqədar Rusiya-ya getməyi planlaşdırırdı.
12:46 15.06.2026
Oxunuş sayı: 42