Dünyada yoxsul insanların sayı artıb
Birləşmiş Millətlər Təşkilatının İnkişaf Proqramı (BMTİP) bildirib ki, ifrat yoxsulluq içində yaşayan insanların sayı 2010-cu ildən bəri ilk dəfə artaraq 1,2 milyarda çatıb.
Crossmedia.az xəbər verir ki, bu barədə BMTİP hesabat yayımlayıb.
BMTİP və Oksford Universitetinin Oksford Yoxsulluq və İnsan İnkişafı Təşəbbüsü tərəfindən dərc edilən Qlobal Çoxölçülü Yoxsulluq İndeksinin 2026-cı il üçün yenilənmiş məlumatlarına görə, "Çoxölçülü yoxsulluqda yaşayan insanların sayı 2010-cu ildə tətbiq olunduqdan bəri ilk dəfə artaraq 1,2 milyard nəfərə çatıb".
Bu, əvvəlki hesabatla müqayisədə 51,5 milyon nəfər çoxdur. Bu 1,2 milyard insanın yarıdan çoxu və ya 617 milyonu uşaqlardır.
Bunlardan 83%-i kənd yerlərində yaşayır. Xüsusilə, yoxsulluğun ən yüksək azalma templərinin qeydə alındığı Misir, Nepal, Vyetnam və Çində müsbət tendensiya müşahidə olunur.
Qeyd olunur ki, yoxsulluğun artması qismən əhali artımı ilə bağlıdır.
16:03 12.10.2026
Oxunuş sayı: 40