Azərbaycan və Kamboca arasında daha bir Anlaşma Memorandumu mübadilə edilib
Azərbaycanın Ticarət və Sənaye Palatası ilə Kamboca Ticarət Palatası arasında imzalanmış Anlaşma Memorandumu mübadilə edilib.
Crossmedia.az xəbər verir ki, sənədin mübadiləsi Bakıda keçirilən Azərbaycan-Kamboca Biznes Forumu çərçivəsində baş tutub.
Anlaşma Memorandumu iki ölkənin işgüzar dairələri arasında əlaqələrin genişləndirilməsi, ticarət-iqtisadi əməkdaşlığın inkişaf etdirilməsi və qarşılıqlı biznes imkanlarının artırılması baxımından əhəmiyyət daşıyır.
15:52 12.10.2026
Oxunuş sayı: 46