Venesuelalıların Trampa dəstəyi azalır
Venesuelada ABŞ Prezidenti Donald Trampa olan dəstək zəifləməyə başlayıb.
Crossmedia.az xəbər verir ki, bu barədə "Financial Times" nəşri yazıb.
Nəşrin məlumatına görə, yanvar ayında ölkədə baş verən siyasi hadisələrdən sonra Trampın populyarlığı artsa da, gözlənilən dəyişikliklərin baş verməməsi və sosial-iqtisadi vəziyyətin ağır olaraq qalması venesuelalıların narazılığına səbəb olub.
Sorğular göstərir ki, ölkədə dəyişikliklərin ləng getməsi Trampa olan inamın azalmasına gətirib çıxarıb. Bu həftə Tramp Venesuelanın "xoşbəxt bir ölkəyə çevrildiyini" bəyan etsə də, həmkarlar ittifaqları koalisiyasının koordinatoru Karlos Salazar bu fikirlə razılaşmadığını bildirib.
"Biz Prezident Trampa deməliyik ki, burada, Venesuelada heç kim özünü xoşbəxt hiss etmir", – Salazar qeyd edib.
Məqalədə bildirilir ki, siyasi məhbusların bir qisminin azad edilməsi və ictimai etirazlara münasibətdə müəyyən yumşalma müşahidə olunsa da, bir çox vətəndaş həyat şəraitində ciddi dəyişiklik hiss etmir. Ölkədə illik inflyasiyanın 600 faizi keçdiyi vurğulanır.
Eyni zamanda, Venesuelada neft hasilatının artdığı qeyd edilir. Lakin sakinlərin əksəriyyəti bunun gündəlik həyatlarına müsbət təsir göstərmədiyini düşünür. Onların fikrincə, hasilatdakı artım əsasən ABŞ şirkətlərinin gəlirlərinin yüksəlməsinə xidmət edib.
11:50 15.06.2026
Oxunuş sayı: 56