Ərdoğan ABŞ–İran razılaşmasını alqışladı
Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan ABŞ və İran arasında əldə olunan razılaşmanı alqışlayıb.
Crossmedia.az xarici KİV-ə istinadən xəbər verir ki, Ərdoğan bu razılaşmanı regionda sülh və sabitliyin təmin olunması istiqamətində mühüm addım kimi qiymətləndirib. O bildirib ki, dünyanın uzun müddətdir ehtiyac duyduğu bu razılaşma Yaxın Şərqdə davamlı sülh və təhlükəsizlik mühitinin formalaşmasına töhfə verə bilər.
Türkiyə lideri tərəfləri sənədin rəsmi imzalanmasına qədər təmkinli davranmağa çağırıb. O, sərt bəyanatlardan, təxribat xarakterli addımlardan və gərginliyi artıra biləcək hərəkətlərdən çəkinməyin vacibliyini vurğulayıb.
Ərdoğan, həmçinin Pakistanın vasitəçilik səylərini yüksək qiymətləndirib, Qətər və Səudiyyə Ərəbistanına isə diplomatik təşəbbüslərə göstərdikləri dəstəyə görə təşəkkür edib.
"Biz bölgəmizdə sülhün, sabitliyin və təhlükəsizliyin möhkəmləndirilməsinə, diplomatiya və beynəlxalq hüquqa əsaslanan davamlı həll yollarının təşviqinə yönəlmiş bütün səyləri dəstəkləməyə davam edəcəyik", – o bildirib.
11:48 15.06.2026
Oxunuş sayı: 59