Ağ Evdən qalxan ağ tüstü ABŞ–İran razılaşması ilə bağlı şayiələri artırdı
ABŞ prezidenti Donald Trampın Tehranla razılaşmanın əldə olunduğunu açıqlamasından bir neçə saat sonra Ağ Evdə qeyri-adi hadisə müşahidə olunub.
Crossmedia.az xəbər verir ki, bu barədə xarici KİV məlumat yayıb.
Belə ki, Ağ Evin bacalarından birindən ağ tüstünün qalxması jurnalistlərin diqqətini cəlb edib. Sosial şəbəkələrdə yayılan görüntülərdə hadisəni izləyən müxbirlərdən birinin zarafatla "Bu, razılaşmanın əlamətidir" dediyi eşidilir.
Qısa müddətdə geniş müzakirələrə səbəb olan görüntülərin ABŞ ilə İran arasında mümkün razılaşma ilə əlaqəli olması barədə isə heç bir rəsmi açıqlama verilməyib.
Qeyd edək ki, "ağ tüstü" simvolu daha çox Vatikan ənənəsi ilə əlaqələndirilir. Yeni Papa seçildikdə kardinalların uğurlu səsverməsini bildirmək üçün Sikstin Kapellasının bacasından ağ tüstü buraxılır. ABŞ-də isə belə bir siyasi və ya dövlət ənənəsi mövcud deyil.
11:47 15.06.2026
Oxunuş sayı: 72