Vens: ABŞ-İran razılaşması regionda yeni dövrün başlanğıcı ola bilər
ABŞ-ın vitse-prezidenti Vens Vaşinqton və İran arasında mümkün sazişin regionun gələcəyinə ciddi təsir göstərə biləcəyini bildirib.
Crossmedia.az xarici mediaya istinadən xəbər verir ki, Vensin sözlərinə görə, tərəflər arasında əldə olunacaq razılaşma Yaxın Şərqdə təhlükəsizlik, siyasi münasibətlər və iqtisadi proseslər baxımından uzunmüddətli dəyişikliklərə yol aça bilər.
ABŞ rəsmisi qeyd edib ki, belə bir sazişin həyata keçirilməsi regionun növbəti 50 ildə inkişaf trayektoriyasını dəyişdirə biləcək tarixi hadisəyə çevrilə bilər.
10:40 15.06.2026
Oxunuş sayı: 66