Paşinyandan müxalifət liderlərinə sərt xəbərdarlıq
Ermənistanın Baş naziri Nikol Paşinyan sosial mediada yayımladığı video müraciətdə müxalifət nümayəndələrinə qarşı sərt açıqlamalar verib.
Crossmedia.az xarici mediaya istinadən xəbər verir ki, Paşinyan bildirib ki, üç müxalifət fiquru – Samvel Karapetyan, Ermənistanın keçmiş prezidenti Robert Koçaryan və iş adamı Qaqik Tsarukyan ciddi nəticələrlə üzləşəcəklər.
Baş nazir seçki kampaniyası dövründə də onlara xəbərdarlıq etdiyini xatırladaraq, “Ermənistandan qaçmaq fürsətini xəyal edəcəksiniz, amma belə bir fürsətiniz olmayacaq” ifadəsini işlədib.
Paşinyan həmçinin Ermənistanın digər keçmiş prezidenti Serj Sarkisyan barədə danışaraq, onun da “unudulmadığını” vurğulayıb.
10:24 15.06.2026
Oxunuş sayı: 57