Rusiyadan Kiyevə genişmiqyaslı hücum: ölən və yaralananlar var
Ukraynanın paytaxtı Kiyev şəhəri son dövrlərin ən genişmiqyaslı hücumlarından birinə məruz qalıb. Şəhərin demək olar ki, bütün rayonlarında dağıntılar və yanğınlar qeydə alınıb.
Crossmedia.az xəbər verir ki, bu barədə xarici KİV məlumat yayıb.
Məlumata əsasən, Kiyevo-Peçersk Lavrası ərazisində, Dovjenko adına kinostudiyada və “Komfort-Taun” yaşayış kompleksində yanğınlar baş verib.
Zərbələr nəticəsində yaşayış binaları, anbarlar, yataqxana, təhsil müəssisəsi, uşaq bağçası və şəhərin müxtəlif hissələrində infrastruktur obyektləri zədələnib. Bəzi yerlərdə qalıqların düşməsi nəticəsində yanğınlar yaranıb, onlarla avtomobil yanıb.
Bundan əlavə, elektrik xətləri zədələndiyi üçün Kiyevin şimal hissəsində təxminən 140 min abonent işıqsız qalıb.
İlkin məlumatlara görə, 4 nəfər həlak olub, 23 nəfər yaralanıb. Yaralılar arasında uşaq da var.
09:54 15.06.2026
Oxunuş sayı: 64