Ermənistanda yeni parlamentin tərkibi açıqlandı: Hakim partiya 64 mandat qazandı
Ermənistanda hakim "Mülki Müqavilə" Partiyası yeni parlamentdə 64 mandat qazanacaq.
Crossmedia.az-ın Sputnik Armenia-ya istinadən verdiyi məlumata görə, parlamentdə ikinci ən böyük qüvvə müxalifətdə olan "Güclü Ermənistan" bloku olacaq. Siyasi birlik 29 mandat əldə edib.
Digər müxalif siyasi birlik - "Ermənistan" bloku isə yeni parlamentdə 12 mandatla təmsil olunacaq.
Qeyd edək ki, parlamentdə yerlərin bölgüsü Ermənistan Mərkəzi Seçki Komissiyasının açıqladığı yekun nəticələr əsasında müəyyənləşdirilib
23:34 14.06.2026
Oxunuş sayı: 67