Zelenski: Sülhə yaxınlaşdıra biləcək yaxşı ideyalarımız var
Ukrayna prezidenti Volodimir Zelenski Amerikalı həmkarı Donald Tramp ilə telefon danışığı apardığını təsdiqləyib.
Crossmedia.az xəbər verir ki, bu barədə xarici KİV məlumat yayıb.
Zelenskinin sözlərinə görə, Ukraynanın müharibənin başa çatmasına və sülhün yaxınlaşmasına kömək edə biləcək bir sıra yaxşı ideyaları var. O bildirib ki, bu təkliflər daha ətraflı şəkildə qarşıdan gələn G7 sammiti çərçivəsində keçiriləcək görüş zamanı müzakirə olunacaq.
Ukrayna lideri qeyd edib ki, telefon danışığı zamanı tərəflər cəbhədəki vəziyyəti və müharibənin başa çatmasına kömək edə biləcək növbəti addımları da ətraflı müzakirə ediblər.
Zelenski həmçinin ABŞ-uə Ukraynaya göstərdiyi dəstəyə görə təşəkkür edib. O, xüsusilə FGM-148 Javelin tank əleyhinə raket komplekslərinin və MIM-104 Patriot hava hücumundan müdafiə sistemlərinin tədarükünü vurğulayıb.
23:15 14.06.2026
Oxunuş sayı: 70