Krımda fövqəladə vəziyyət: sərnişin qatarları dayandırıldı
Krımda sərnişin qatarlarının hərəkəti müvəqqəti dayandırılıb.
Crossmedia.az xəbər verir ki, bu barədə məlumatı TASS agentliyi yayıb.
Məlumata görə, Moskva–Simferopol marşrutu üzrə hərəkət edən sərnişin qatarına pilotsuz uçuş aparatı (PUA) ilə hücum edildikdən sonra planlı qatar reysləri dayandırılıb.
Daşıyıcı şirkət bildirib ki, Krım ərazisində olan bütün qatarların sərnişinləri təxliyə edilib. Üç qatarın sərnişinləri isə avtobuslarla Simferopola çatdırılır.
08:10 08.06.2026
Oxunuş sayı: 56