NATO “Ramstein Flag 2026” təlimlərinə start verdi
NATO genişmiqyaslı “Ramstein Flag 2026” hərbi təlimlərinin başladığını açıqlayıb.
Crossmedia.az xəbər verir ki, bu barədə xarici KİV məlumat yayıb.
Alyansın məlumatına görə, təlimlərin əsas mərhələləri Danimarka, İspaniya, İsveç, Norveç və Finlandiya ərazilərində keçiriləcək.
Bildirilib ki, təlimlərin məqsədi NATO üzvü ölkələrin hərbi qüvvələri arasında koordinasiyanı gücləndirmək, döyüş hazırlığını artırmaq və birgə əməliyyat imkanlarını təkmilləşdirməkdir.
Qeyd edək ki, təlimlərin bir hissəsi Rusiya ilə həmsərhəd ölkələrdə baş tutacaq. Bu amil isə təlimlərə xüsusi diqqət yönəldib.
07:40 08.06.2026
Oxunuş sayı: 56