Paşinyan: Ermənistan xalqı sülh və regional əməkdaşlıq yolunu seçdi
Ermənistanın Baş naziri Nikol Paşinyan bildirib ki, parlament seçkilərinin nəticələri ölkə vətəndaşlarının sülhə və regional əməkdaşlığa dəstəyini göstərir.
Crossmedia.az xarici mediya istinadən xəbər verir ki, Paşinyan Azərbaycan və Türkiyə ictimaiyyətinə müraciət edərək deyib:
“Mesajım Azərbaycan və Türkiyə cəmiyyətlərinədir: Ermənistan xalqı sülhə və regional əməkdaşlığa səs verib".
Baş nazirin sözlərinə görə, qarşıda duran əsas vəzifələr Ermənistan və Azərbaycan arasında sülhün hüquqi əsaslarla möhkəmləndirilməsi, eləcə də Türkiyə ilə münasibətlərin normallaşdırılmasıdır.
“Sülh sazişi imzalanmalıdır. Eyni zamanda, regionda yeni əməkdaşlıq imkanları yaradacaq TRIPP layihəsinin icrasına mümkün qədər tez başlamaq lazımdır”, – Paşinyan vurğulayıb
06:40 08.06.2026
Oxunuş sayı: 50