Trampdan İrana çağırış: Raketlərinizi atdınız, indi danışıqlara qayıdın
ABŞ Prezidenti Donald Tramp İrana müraciət edərək bildirib:
“İrana tövsiyəm budur: Raketlərinizi atdınız, bu kifayətdir. Danışıqlar masasına qayıdın və razılıq əldə edin”.
Crossmedia.az xəbər verir ki, o bunu Fox News-a açıqlamasında deyib.
Qeyd etmək lazımdır ki, Trampın bu bəyanatı İran və İsrail arasında gərginliyin artdığı bir vaxtda səslənib. ABŞ prezidenti tərəfləri diplomatik həll yoluna üstünlük verməyə çağırıb.
00:00 08.06.2026
Oxunuş sayı: 56