İsrail İranın enerji obyektlərini vurmaq üçün ABŞ-dən icazə istəyir
İsrail İranın enerji infrastrukturuna mümkün zərbələr endirmək üçün ABŞ-nin razılığını əldə etməyə çalışır.
Crossmedia.az xəbər verir ki, bu barədə məlumatı xarici media yayıb.
Məlumata əsasən, məsələ ilə bağlı Vaşinqtonla məsləhətləşmələr aparılır və tərəflər arasında müzakirələr davam edir.
Xatırladaq ki, bundan əvvəl İsrail Ordusu İrandan atılan bütün raketlərin hava hücumundan müdafiə sistemləri tərəfindən zərərsizləşdirildiyini açıqlamışdı.
23:58 07.06.2026
Oxunuş sayı: 44