İran: Təcavüzə dəstək verən ölkələr təzminat ödəməlidir
İranın xarici işlər nazirinin müavini Kazem Qəribabadi bəyan edib ki, İrana qarşı həyata keçirilən hərbi əməliyyatlarda iştirak edən və ya bunun üçün öz ərazisini və imkanlarını təqdim edən ölkələr vurulan ziyana görə təzminat ödəməlidir.
Crossmedia.az xəbər verir ki, bu barədə xarici KİV məlumat yayıb.
Qəribabadi bildirib ki, bəzi regional dövlətlərin İrana qarşı “təcavüz” üçün dəstək verməsi beynəlxalq hüququn pozulması kimi qiymətləndirilməlidir.
Nazir müavini, həmçinin ABŞ-nin müttəfiqlərinə kompensasiya ödənilməsi məqsədilə İranın xaricdəki aktivlərindən istifadə olunacağı ilə bağlı məlumatları sərt tənqid edib. O, belə planları “yeni beynəlxalq qanunsuzluq nümunəsi” adlandırıb.
23:45 07.06.2026
Oxunuş sayı: 54