Pakistan İrana xəbərdarlıq etdi
Pakistanın daxili işlər naziri Möhsin Nəqvi Tehrana səfəri zamanı İranı dəniz ticarət yollarında gərginliyi artıracaq addımlardan çəkinməyə çağırıb.
Crossmedia.az xəbər verir ki , “Al Arabiya”nın məlumatına görə, nazir İran rəhbərliyinə ABŞ-nin irəli sürdüyü tələblərlə bağlı mövqeyini mümkün qədər tez müəyyənləşdirməyi tövsiyə edib.
Möhsin Nəqvi bildirib ki, regionda gərginliyin daha da artması beynəlxalq ticarətə və təhlükəsizliyə mənfi təsir göstərə bilər.
23:50 07.06.2026
Oxunuş sayı: 53