Ermənistanda seçkilərə maraq yüksəldi: İştirak göstəricisi 2021-ci ili üstələdi
Ermənistanda keçirilən parlament seçkilərində seçici fəallığı 58,97 faiz təşkil edib.
Crossmedia.az Sputnik Armenia-ya istinadən xəbər verir, ölkənin Mərkəzi Seçki Komissiyasının açıqladığı rəqəmlərə əsasən, səsvermədə ümumilikdə 1 milyon 476 min 597 nəfər iştirak edib.
Müqayisə üçün qeyd edək ki, 2021-ci ilin iyununda keçirilən əvvəlki parlament seçkilərində seçici fəallığı 49,4 faiz olmuşdu.
Beləliklə, builki seçkilərdə iştirak göstəricisi əvvəlki parlament seçkiləri ilə müqayisədə əhəmiyyətli dərəcədə artıb.
21:45 07.06.2026
Oxunuş sayı: 55