Tramp administrasiyasından yeni plan: İran vurduğu zərərin əvəzini ödəyə bilər
ABŞ Prezidenti Donald Trampın administrasiyası İranın dondurulmuş aktivlərindən Vaşinqtonun Yaxın Şərqdəki müttəfiqlərinə vurulan zərərin aradan qaldırılması üçün istifadə imkanlarını müzakirə edir.
Crossmedia.az Reuters agentliyinə istinadən xəbər verir ki, söhbət İranın Körfəz ölkələrində münaqişə zamanı zərər görmüş obyektlərin bərpası xərclərini qarşılamasından gedir.
Belə ki, Vaşinqtonda bu yanaşma qeyri-rəsmi olaraq "sındırdınsa, ödə" prinsipi kimi qiymətləndirilir.
Agentlik qeyd edir ki, belə bir addım Tehranla aparılan danışıqları daha da çətinləşdirə bilər. İran hazırda dondurulmuş neft gəlirlərinin sərbəst buraxılmasını və ölkəyə qarşı tətbiq olunan sanksiyaların yumşaldılmasını tələb edir.
22:05 07.06.2026
Oxunuş sayı: 58