Ermənistanda parlament seçkiləri: Paşinyanın partiyası irəlidədir
Ermənistanda keçirilən parlament seçkilərində ilkin exit-poll nəticələri açıqlanıb.
Crossmedia.az xəbər verir ki, Baş nazir Nikol Paşinyanın rəhbərlik etdiyi Mülki Müqavilə partiyası seçkilərdə 56,7% səs toplayaraq öndə gedir.
Məlumatı Civic News yayıb və exit-poll nəticələrinə istinad edib.
Digər nəticələrə əsasən, “Güclü Ermənistan” bloku 17,5% səs toplayıb. Həmin blokun rəhbəri Rusiya əsilli erməni iş adamı Samvel Karapetyan kimi göstərilir.
Seçkinin yekun nəticələrinin rəsmi hesablamalardan sonra elan ediləcəyi bildirilir.
21:04 07.06.2026
Oxunuş sayı: 74