İçərişəhərdə idman bayramı: Uşaqlar məşhur çempionlarla bir araya gəliblər
1 İyun - Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə Gənclər və İdman Nazirliyinin təşəbbüsü, müxtəlif idman federasiyalarının dəstəyi ilə İçərişəhərdə, Şirvanşahlar sarayının yaxınlığında uşaqlar üçün şou-proqram və idman festivalı keçirilir.
Crossmedia.az xəbər verir ki, festival çərçivəsində uşaqlar tarixi məkanda qurulan xüsusi idman zonalarında bir sıra idman növləri ilə yaxından tanış olmaq imkanı qazanırlar.
Onlar karate, taekvondo, güləş, cüdo, gimnastika, kapoeyra üzrə maraqlı hərəkətlər öyrənir, öz qüvvələrini sınayırlar. Həmçinin şahmat həvəskarları üçün ayrılmış xüsusi guşələrdə uşaqlar interaktiv şahmat oyunlarında iştirak edirlər.
Eyni zamanda, veteran güləşçilər - Namiq Abdullayev, Fərid Mansurov, Cəbrayıl Həsənov, Hacı Əliyev və Taleh Məmmədov uşaqlarla görüşərək onlara motivasiya verir, gələcəyin potensial idmançılarına avtoqraf paylayır və xatirə şəkilləri çəkdirirlər.
Qeyd edək ki, tədbirin əsas məqsədi uşaqlara bayram sevinci yaşatmaqla yanaşı, onlarda idmana olan marağı artırmaq və sağlam həyat tərzini təbliğ etməkdir.
18:04 01.06.2026
Oxunuş sayı: 46