Moldova və Ukrayna liderləri görüşüb
Moldova Prezidenti Maya Sandu Kiyevdə səfərdə olub və Çernobıl faciəsinin 40-cı ildönümü ilə bağlı anım tədbirində iştirak edib.
Crossmedia.az xarici mediaya istinadən xəbər verir ki, o, çıxışında Volodimir Zelenski ilə görüşdüyünü və regionda təhlükəsizlik, eləcə də Avropa İttifaqına inteqrasiya məsələlərinin müzakirə olunduğunu bildirib.
M. Sandu qeyd edib ki, Rusiyanın Ukraynada apardığı müharibənin təsirləri Moldova xalqı tərəfindən də hiss olunur.
Zelenski isə təkbətək görüş zamanı Ukrayna və Moldovanın avrointeqrasiya istiqamətində əməkdaşlığın gücləndirilməsi barədə razılığa gəldiyini bildirib.
Ukrayna Prezidenti əlavə edib ki, Kişinyovla Dnestryanı bölgədə vəziyyətlə bağlı koordinasiyalı addımlar atılacaq və Moldovanın təhlükəsizliyinə dəstək davam etdiriləcək.
18:00 26.04.2026
Oxunuş sayı: 53