Ukrayna ordusunda yeni plan: robotlar piyadaları əvəzləyir
Ukraynada müasir müharibə taktikasında yeni dəyişikliklər müzakirə olunur.
Crossmedia.az xarici mediaya istinadən xəbər verir ki, Ukrayna 3-cü hücum briqadası döyüş bölgəsində piyada qüvvələrinin təxminən 30 faizini yerüstü pilotsuz sistemlərlə əvəz etməyi planlaşdırır.
Məlumata görə, bu addım şəxsi heyət itkilərini azaltmaq və təhlükəli missiyalarda insan faktorunu minimuma endirmək məqsədi daşıyır.
Ekspertlərin fikrincə, yerüstü robotlar artıq cəbhə xəttində logistik əməliyyatları dəyişib. Bir əsgər orta hesabla 20 kiloqram yük daşıdığı halda, bu sistemlər 200–600 kiloqram arası yükü mövqelərə çatdıra bilir.
Bununla yanaşı, mütəxəssislər robot texnologiyalarının artan istifadəsinin etik və operativ risklər yaratdığı barədə xəbərdarlıq edirlər. Xüsusilə ölümcül silahların uzaqdan idarə olunması məsuliyyət məsələlərini gündəmə gətirir.
17:50 26.04.2026
Oxunuş sayı: 47