Makron: Aİ müdafiə sistemi NATO-dan güclüdür
Fransa Prezidenti Emmanuel Makron Avropa İttifaqının kollektiv müdafiə mexanizminin NATO-dan daha güclü olduğunu bildirib.
Bu barədə Crossmedia.az xarici mediaya istinadən xəbər verir.
Fransa Prezidenti qeyd edib ki, Avropa İttifaqının müqaviləsində təsbit olunan qarşılıqlı müdafiə prinsipi “dəyişməz və sarsılmaz” xarakter daşıyır.
Sözügedən prinsipə əsasən, üzv ölkələrdən birinə hücum edilərsə, digər Aİ dövlətləri ona yardım etməyə borcludur.
E. Makron bu açıqlamanı ABŞ Prezidenti Donald Trampın NATO ilə bağlı sərt bəyanatları fonunda verib.
17:40 26.04.2026
Oxunuş sayı: 54