Peskov: Rusiya Avropa üçün təhlükə deyil
Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov Rusiyanın Avropa üçün əsas təhlükə kimi təqdim edilməsinin doğru olmadığını bildirib.
Crossmedia.az xarici mediaya istinadən xəbər verir ki, onun sözlərinə görə, Rusiya Avrasiya ölkəsi olsa da, eyni zamanda Avropanın ayrılmaz tərkib hissəsidir.
D. Peskov qeyd edib ki, müxtəlif fikirlərə baxmayaraq, Rusiyanı Avropa üçün “əsas təhdid” kimi qiymətləndirmək düzgün yanaşma deyil.
17:20 26.04.2026
Oxunuş sayı: 48