Ərdoğan Trampa qarşı sui-qəsd cəhdini pisləyib
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ABŞ Prezidenti Donald Trampa qarşı həyata keçirilən sui-qəsd cəhdini pisləyib.
Crossmedia.az xəbər verir ki, bu barədə Rəcəb Tayyib Ərdoğan X sosial şəbəkə platforması üzərindən yayımladığı açıqlamada hadisəyə münasibət bildirib.
Açıqlamada qeyd olunub ki, demokratik cəmiyyətlərdə mübarizə yalnız fikir və bəyanatlar vasitəsilə aparılmalıdır və hər hansı zorakılığa yer yoxdur.
R. T. Ərdoğan həmçinin ABŞ Prezidenti Donald Tramp və onun həyat yoldaşı Melania Trampın hadisədən zərər görməməsindən məmnunluq ifadə edib.
17:00 26.04.2026
Oxunuş sayı: 57