Məktəblər risk səviyyəsinə görə təsnif ediləcək
Türkiyədə təhsil müəssisələrinin təhlükəsizliyinin gücləndirilməsi məqsədilə yeni qərar qəbul edilib.
Crossmedia.az xarici mediaya istinadən xəbər verir ki, Türkiyə Daxili İşlər Nazirliyi tərəfindən verilən rəsmi göstərişə əsasən, ölkədəki məktəblər risk və təhlükə səviyyəsinə görə qiymətləndiriləcək.
Qərara uyğun olaraq, hər tədris ilinin əvvəlində, eləcə də məktəb koordinatoru və ya mühafizə əməkdaşının müraciəti əsasında məktəblərdə risk qiymətləndirilməsi aparılacaq.
Aparılan analizlər nəticəsində yüksək riskli hesab edilən təhsil müəssisələri prioritet siyahıya daxil ediləcək və həmin məktəblərdə əlavə təhlükəsizlik tədbirlərinin görülməsi nəzərdə tutulur.
16:40 26.04.2026
Oxunuş sayı: 52