Qanun sərtləşdi: bu cinayəti törədənləri ömürlük həbs gözləyir
Rumıniyada qadınlara qarşı zorakılıqla mübarizə çərçivəsində qanunvericilik sərtləşdirilib.
Crossmedia.az xarici mediaya istinadən xəbər verir ki, ölkədə qəbul edilən yeni dəyişikliklərə əsasən, femisid – yəni qadının cinsinə görə nifrət zəminində və ya məişət zorakılığı çərçivəsində qətlə yetirilməsi – ağır cinayət kimi qiymətləndiriləcək.
Rumıniya prezidentinin açıqlamasında bildirilib ki, bu cinayətə görə artıq 15 ildən 25 ilə qədər həbs və ya ömürlük azadlıqdan məhrumetmə cəzası nəzərdə tutulur.
16:30 26.04.2026
Oxunuş sayı: 48