Müctəba Xameneyi ölüb?- Rəsmi sükut şübhələri artırır
Son saatlarda sosial mediada İranın yüksək rütbəli rəsmilərinin həlak olduğunu göstərən görüntülərin yayılması geniş rezonans doğurub.
Crossmedia.az bu barədə xarici KİV-ə istinadən xəbər verir.
Paylaşılan materiallar arasında İranın ali rəhbəri Müctəba Xameneyinin də fotosunun yer alması onun taleyi ilə bağlı yeni suallar yaradıb.
Xameneyinin vəziyyəti ilə bağlı iddialar artıq bir neçə həftədir beynəlxalq medianın gündəmindədir.
Münaqişənin ilk günlərindən etibarən onun ağır yaralanması və ya hava zərbələri nəticəsində həlak olması barədə müxtəlif xəbərlər yayılsa da, Tehran bu məlumatları nə təsdiq, nə də dəqiq şəkildə təkzib edib.
Onun uzun müddətdir ictimaiyyət qarşısında görünməməsi və rəsmi tədbirlərdə iştirak etməməsi şübhələri daha da artırır.
Görüntülərin əsasən qeyri-rəsmi və ya müxalif mənbələrə istinad etdiyi bildirilir. İran hakimiyyəti isə Xameneyinin vəziyyəti və ya səhhəti ilə bağlı hələlik heç açıqlama verməyib.
13:42 26.04.2026
Oxunuş sayı: 96