Argentina Folklend adaları ilə bağlı Britaniyanı danışıqlara çağırıb
Argentina Folklend (Malvin) adaları üzərində suverenlik məsələsi ilə bağlı Böyük Britaniyanı yenidən danışıqlara dəvət edib. Rəsmi Buenos-Ayres problemin yalnız dinc yolla həllinin mümkün olduğunu bildirir.
Crossmedia.az bu barədə xarici mediaya istinadən xəbər verir.
Argentinanın xarici işlər naziri Pablo Kirno qeyd edib ki, bu məsələ ilə bağlı dialoqun bərpası vacibdir. Onun sözlərinə görə, Malvin adaları Argentinanın beynəlxalq səviyyədə tanınmış ərazilərinə daxildir və onların ölkəyə qaytarılması zamanıdır.
Bu çağırış Argentina prezidenti Xavyer Mileyin İsrailə səfərindən sonra səsləndirilib.
Eyni zamanda, ABŞ Müdafiə Nazirliyinin (Pentaqon) Böyük Britaniyanın adalar üzərində nəzarətinə verdiyi dəstəyi yenidən nəzərdən keçirə biləcəyi ilə bağlı məlumatlar yayılıb.
Qeyd edək ki, Argentina ilə Böyük Britaniya arasında Folklend (Malvin) adaları ilə bağlı mübahisə uzun illərdir davam edir. Bu qarşıdurma 1982-ci ildə baş vermiş müharibəyə də səbəb olub.
11:45 26.04.2026
Oxunuş sayı: 99