Bu ərazilərdə su KƏSİLƏCƏK - Əhaliyə XƏBƏRDARLIQ
Sumqayıt şəhərində 12 min abonentin içməli su təchizatında müvəqqəti məhdudiyyət olacaq.
Crossmedia.az-ın məlumatına görə, Sumqayıt Sukanal İdarəsindən bildirilib ki, şəhər əhalisinin bir hissəsini içməli su ilə təmin edən magistral su kəmərində aparılan təmir-tikinti işləri ilə əlaqədar aprelin 22-də saat 21:00-dan etibarən səhər saatlarınadək suyun verilişi dayandırılacaq.
Bildirilib ki, fasilə 48, 50, 51, 53-cü məhəllələri, 16 və 17-ci mikrorayonların beşmərtəbəli binaları, 18-ci mikrorayon, eləcə də Corat qəsəbəsinin bəzi hissələrini - ümumilikdə 12 minə yaxın abonent - əhatə edəcək.
Təmir işləri başa çatdıqdan sonra suyun verilişi mərhələli şəkildə bərpa olunacaq. (Report)
16:37 22.04.2026
Oxunuş sayı: 829