İran ABŞ ilə danışıqları dayandırır
İran bu axşamdan etibarən ABŞ-nin dəniz blokadası tamamilə aradan qaldırılana qədər Hörmüz boğazını bağlayıb.
Crossmedia.az xəbər verir ki, bu barədə İran İslam İnqilabi Keşikçilər Korpusu (SEPAH) məlumat yayıb.
Gəmilər Fars körfəzi və Oman körfəzindəki lövbərlərini tərk etməməlidirlər və Tehran Hörmüz boğazına yanaşmalarını düşmənlə əməkdaşlıq hesab edəcək.
İran Xarici İşlər Nazirliyi əlavə edib ki, ABŞ maksimalist şərtlərini dəyişdirənə qədər Vaşinqtonla birbaşa sülh danışıqlarını da dayandırır.
23:30 18.04.2026
Oxunuş sayı: 48