Ermənistanda partlayış olub
İrəvanın kənarındakı Nubaraşen zibil poliqonunda partlayış baş verib.
Crossmedia.az "SputnikArmenia"-ya istinadən xəbər verir.
Polisə aprelin 18-i saat 18:00 radələrində partlayış barədə məlumat daxil olub. Hadisə yerinə xüsusi qrup gəlib.
İlkin məlumatlara görə, partlayış qapı evinin yanında yerləşən vanna otağında işıq yandırılarkən baş verib .
Məlumata görə, qurbanlar zibilxananın direktoru, 36 yaşlı Sarkis Xaçatryan və 54 yaşlı işçi Edik Misakyan olub.
22:01 18.04.2026
Oxunuş sayı: 40