Rusiya XİN: Moskva və Vaşinqton ikitərəfli dialoqu qismən bərpa ediblər, lakin ...
Moskva və Vaşinqton ikitərəfli dialoqu qismən bərpa ediblər, lakin münasibətlər hələ də normallaşmaqdan uzaqdır..
Crossmedia.az TASS-a istinadən xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin Xarici Siyasət Planlaşdırma Departamentinin direktoru Aleksey Drobinin Serbiyanın "Politika" qəzetinə verdiyi müsahibədə bildirib.
"Baş verənləri normallaşma adlandırmazdım; hələ çox uzaqdadır. İkitərəfli dialoqun qismən bərpasından danışmaq daha doğru olardı ki, bu da Co Bayden (RED: ABŞ-nin keçmiş prezidenti Cozef Bayden nəzərdə tutulur) administrasiyasının son dövrləri ilə müqayisədə müəyyən irəliləyiş hesab edilə bilər, o dövrdə Rusiya-Amerika əlaqələri Vaşinqtonun təşəbbüsü ilə demək olar ki, tamamilə kəsilmişdi", - deyə o qeyd edib.
Diplomatın sözlərinə görə, ABŞ prezidenti Donald Tramp və Rusiya ilə iş görmək səlahiyyəti olan etibarlı rəsmiləri Ukrayna böhranının danışıqlar yolu ilə həllinə sadiq olduqlarını nümayiş etdirirlər: "Digər tərəfdən, amerikalıların praktik hərəkətləri onların ədalətli dünya nizamı yaratmaq üçün işləməyə hazır olduqlarına dair ciddi şübhələr yaradır. Mən Rusiyaya qarşı davam edən sanksiya kampaniyasından, Kiyev rejiminə hərbi və kəşfiyyat dəstəyindən, Venesuela və İrana qarşı aqressiv hərəkətlərindən və daha çox şeydən danışıram. Bütün bunlar da nəzərə alınmalıdır".
21:45 18.04.2026
Oxunuş sayı: 48