Hizbullah fransız hərbçisinin ölümündə əlaqəsini inkar edir
Livanın şiə təşkilatı Hizbullah Livanda fransız hərbçisinin ölümündə mümkün əlaqəsini inkar edib.
Crossmedia.az bu barədə TASS-a istinadən xəbər verir.
"Hizbullah Livandakı BMT-nin Müvəqqəti Sülhməramlı Qüvvələri ilə bağlı hadisədə hər hansı bir əlaqəsini inkar edir və Livan ordusu araşdırmasını başa çatdırana qədər hadisə ilə bağlı mühakimə yürütməkdə və günahı başqasına həvalə etməkdə ehtiyatlı olmağa çağırır", - təşkilatın Telegram kanalında dərc olunmuş bəyanatda deyilir.
19:20 18.04.2026
Oxunuş sayı: 48